Home / Məlumat / İstifadə qaydaları
Məlumat

İstifadə qaydaları

Saytdan və şəxsi hesabdan istifadə qaydaları, fayl yükləmə tələbləri.

Hesab və giriş

  • Hesab telefon nömrəsi ilə yaradılır, giriş SMS kodu ilə təsdiqlənir.
  • Nömrənizin düzgünlüyünə və ona çıxışa siz cavabdehsiniz. Kodu heç kimə verməyin.
  • Hesabınızdan icazəsiz istifadə şübhəsi olduqda dərhal bizimlə əlaqə saxlayın.

Fayl yükləmə

  • Dəstəklənən formatlar: PDF, Word, Excel, PowerPoint və şəkil (PNG, JPG, WEBP). Ən dəqiq nəticə üçün PDF tövsiyə olunur.
  • Fayl zərərli proqram (virus) daşımamalıdır və ölçü limitini aşmamalıdır.
  • Əxlaqa zidd, qanunsuz və ya üçüncü şəxsin hüquqlarını pozan məzmun qəbul edilmir.

Qadağan olunan hərəkətlər

  • Saytın işini pozmaq, avtomatik sorğularla yükləmək və ya təhlükəsizlik tədbirlərini keçməyə cəhd etmək.
  • Başqa şəxsin adından və ya nömrəsi ilə sifariş vermək.
  • Saytdakı məzmunu (mətn, şəkil, dizayn) icazəsiz kopyalayıb ticarət məqsədilə istifadə etmək.

Bonus və kampaniyalar

Bonus və endirimlər şəxsi hesaba bağlıdır, nağdlaşdırılmır və başqasına verilmir. Sui-istifadə (saxta sifarişlər, çoxsaylı hesablar) aşkarlanarsa bonuslar ləğv edilə və hesab məhdudlaşdırıla bilər.

Rəy və şərhlər

Verdiyiniz qiymətləndirmə və rəylər düzgün və ədalətli olmalıdır. Təhqiramiz və yalan rəylər dərc edilmir.

Contact

İstifadə qaydaları ilə bağlı suallar üçün: info@eprint.az, 055 640 72 71.

Sualınız qalıbsa: 055 640 72 71, info@eprint.az