Götürmə üsulları
- Filialdan götürmə: pulsuzdur. Sifarişi verəndə sizə uyğun filialı seçirsiniz. Hazır olanda bildiriş göndərilir.
- Курьерская доставка: Bakı üzrə mümkündür.
- Azərpoçt ilə rayonlara: Bakıdan kənar bütün rayon və şəhərlərə respublika üzrə Azərpoçt vasitəsilə göndərilir. Sifariş formasında «Azərpoçt ilə rayona» seçin, rayonu, ünvanı və bağlamanı qəbul edən şəxsi yazın.
Azərpoçt çatdırılması
Çatdırılma haqqı sifarişə avtomatik əlavə olunur (məbləğ saytda sifariş zamanı göstərilir). Ödəniş yalnız onlayn kartla, göndərişdən əvvəl edilir. Sifariş hazır olandan sonra Azərpoçta təhvil verilir və sizə SMS ilə izləmə nömrəsi göndərilir; bağlamanın yerini bu nömrə ilə izləyə bilərsiniz. Təxmini müddət Azərpoçtun çatdırılma müddətindən asılıdır. Bağlamanı poçt şöbəsində və ya poçtalyondan alanda şəxsiyyət vəsiqəsi tələb oluna bilər. Düzgün ünvan və əlaqə nömrəsi yazmaq müştərinin məsuliyyətindədir. Çətin sınan və ya xüsusi qablaşdırma tələb edən məhsulların göndərilməsi barədə əvvəlcədən əməkdaşla razılaşın.
Çatdırılma haqqı
Çatdırılma haqqı məsafəyə və sifarişin xüsusiyyətlərinə görə əməkdaş tərəfindən sifariş təsdiqlənərkən bildirilir. Çatdırılma haqqı kuryerə ödənilir və məhsulun qiymətinə daxil deyil.
Ünvanın dəqiqliyi
Sifariş zamanı küçə, bina, mənzil və mərtəbəni dəqiq yazın, xəritədə yeri işarələyin. Kuryer bu məlumata əsasən gəlir. Yanlış və ya natamam ünvana görə çatdırılma gecikə bilər və ya təkrar çatdırılma haqqı tələb oluna bilər.
Çatdırılma müddəti
Müddət sifarişin növündən, həcmindən və iş yükündən asılıdır. Təxmini müddət sifariş təsdiqlənəndə bildirilir. Təcili sifarişlər üçün filial ilə əlaqə saxlayın.
Təhvil alma
Sifarişi təhvil alanda bağlamanı yoxlayın. Çatışmazlıq və ya zədə varsa, dərhal kuryerə və ya 055 640 72 71 nömrəsinə bildirin.
Контакты
Kuryerə çata bilmirsinizsə və ya ünvanı dəyişmək istəyirsinizsə 055 640 72 71 nömrəsinə zəng edin.
Sualınız qalıbsa: 055 640 72 71, info@eprint.az