Korporativ müştərilər
Şirkətiniz üçün çap və dəftərxana: hesab-faktura, sürətli icra və bir paneldən bütün sifarişlər.
Hesab-faktura və ƏDV sənədləri
Rəsmi hesab-faktura, aylıq çıxarış və təhvil-təslim sənədləri. Mühasibatlığınız üçün hazır.
Aylıq ödəniş imkanı
Təsdiqlənmiş şirkətlər üçün öncədən ödəniş və ya aylıq hesablaşma (razılaşmaya görə).
Fərdi endirim
Sifariş həcminə görə şirkətə xüsusi endirim faizi təyin olunur və hər sifarişdə nəzərə alınır.
Bütün işçilər bir hesabda
Şirkət adminini və işçiləri əlavə edin, hamı şirkət adından sifariş versin, siz hamısını görün.
Ofisə çatdırılma
Hazır sifarişlər kuryerlə ofisinizə çatdırılır, təcili sifarişlər eyni gün icra olunur.
Hesabat və nəzarət
Aylıq xərc, açıq sifarişlər və borc bir paneldə. Çıxarışı çap edə bilərsiniz.
3 addımda korporativ hesab
- Müraciət göndərin. Şirkətin adı, VÖEN və əlaqədar şəxsin nömrəsi kifayətdir.
- Təsdiq. Əməkdaşımız sizinlə əlaqə saxlayıb şərtləri (endirim, ödəniş qaydası) razılaşdırır.
- Panel. Əlaqədar şəxs nömrəsi ilə daxil olub işçiləri əlavə edir, sifariş verir və hesabatı izləyir.
Kimlər üçün?
Ofislər, məktəb və bağçalar, kurslar, klinikalar, hüquq və mühasibat şirkətləri, tikinti və ticarət şirkətləri, tədbir təşkilatçıları. Gündəlik sənəd çapı, bukllet, vizit kart, sertifikat, toplu çap və dəftərxana təminatı.
Korporativ müraciət
Forma 1 dəqiqə çəkir. Cavab iş günü ərzində verilir.