Ana səhifə / Məlumat / Şərtlər və qaydalar
Məlumat

Şərtlər və qaydalar

Xidmətlərin göstərilməsinin ümumi şərtləri, qaytarma və məsuliyyət qaydaları.

Ümumi müddəalar

Bu şərtlər Enjoy Print Services (hüquqi şəxs: Sifarişçi MMC, Bakı, Azərbaycan) tərəfindən sayt və filiallar vasitəsilə göstərilən çap, surət, laminasiya, cildləmə, hədiyyə, dəftərxana və foto studiya xidmətlərinə şamil olunur. Saytdan sifariş verməklə bu şərtlərlə razılaşmış sayılırsınız.

Sifarişin qəbulu

Sifariş əməkdaş tərəfindən təsdiqləndikdən sonra qəbul olunmuş hesab edilir. Texniki, material və ya qanunvericilik səbəbilə icra mümkün olmayan sifariş rədd edilə bilər, bu halda sizə bildirilir və ödəniş edilibsə geri qaytarılır.

Fayl və məzmun

Yüklədiyiniz fayl və məzmunun qanuniliyinə, müəllif hüquqlarına və üçüncü şəxslərin hüquqlarına uyğunluğuna siz cavabdehsiniz. Qanuna zidd, başqasının hüquqlarını pozan və ya rəsmi sənədlərin saxtalaşdırılmasına yönəlmiş sifarişlər qəbul edilmir.

Keyfiyyət və iradlar

Sifarişi təhvil alanda yoxlayın. Çatışmazlıq və ya keyfiyyət problemi aşkar etsəniz, təhvildən dərhal sonra, çekinizlə birlikdə filiala müraciət edin. Xidmət bizim səbəbimizdən düzgün icra olunmayıbsa, sifarişi yenidən hazırlayacağıq və ya ödənişi qaytaracağıq.

Fərdi sifarişlər və qaytarma

Sizin faylınızla və ya xüsusi tələbinizlə hazırlanmış fərdi sifarişlər, icra düzgün aparılıbsa, qaytarılmır. Faylda olan xətalar (orfoqrafiya, düzgün olmayan ölçü və s.) müştərinin məsuliyyətindədir, əməkdaş çapdan əvvəl xəbərdarlıq edə bilər.

Standart mallar

Stokdan alınan standart mallar qanunvericiliyə uyğun olaraq, istifadə edilməmiş və qablaşdırması bütöv olduqda, çekinizlə dəyişdirilə və ya qaytarıla bilər. Qaytarma ilə bağlı ətraflı məlumat üçün filial ilə əlaqə saxlayın.

Məsuliyyət

Saytdakı məlumatların aktuallığına çalışırıq, lakin texniki xətalara görə məsuliyyət daşımırıq. Sifarişin icrasında məsuliyyətimiz sifarişin dəyəri ilə məhdudlaşır.

Mübahisələr

Mübahisələr əvvəlcə danışıqlarla həll olunur. Razılıq olmadıqda, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının səlahiyyətli məhkəməsində baxılır. İstehlakçı kimi qanunla müəyyən edilmiş hüquqlarınız saxlanılır.

Şərtlərin dəyişdirilməsi

Bu şərtləri vaxtaşırı yeniləyə bilərik. Yenilənmiş versiya saytda dərc edildiyi andan qüvvəyə minir.

Sualınız qalıbsa: 055 640 72 71, info@eprint.az