Ana səhifə / Vizitkart
Dizayn və çap

Vizitkart dizaynı

Dizayn pulsuzdur. Bəyənəndən sonra PDF və PNG yükləyin və ya birbaşa çapa sifariş verin.

Dizayn pulsuz · PDF/PNG 5.00 ₼

Vizitkartınızı 5 dəqiqəyə dizayn edin

Şablon seçin, məlumatları və loqonu əlavə edin, önizləməyə baxın. Çap üçün hazır fayl: 300 dpi, 3 mm bleed, standart ölçülər.

Dizayn və önizləmə pulsuzdur. Yükləmək üçün ödəniş: onlayn kartla (aktiv olduqda) və ya filialda.

Tünd vizitkart nümunəsi Müasir vizitkart nümunəsi Rəngli vizitkart nümunəsi
Şablonlar

6 şablon, 8 rəng

Klassik şablon
Klassik
Müasir şablon
Müasir
Tünd şablon
Tünd
Rəngli şablon
Rəngli
Minimal şablon
Minimal
Həndəsi şablon
Həndəsi

Standart ölçülər

90×50, 85×55, 85×50 mm və ABŞ 3.5×2 düym. Hamısı çap standartına uyğundur.

Loqo və iki tərəf

Loqonu yükləyin, ön və arxa üzü ayrıca görün. Arxa üz marka rəngində hazırlanır.

PDF və PNG

PDF: 300 dpi, 3 mm bleed, TrimBox. PNG: ön və arxa üz ayrıca, 300 dpi.

Bizdə çap

Say və kağızı seçin, fayl avtomatik sifarişə qoşulur. Filialdan götürün.

Canlı önizləmə

Yazdıqca dizayn yenilənir. Mətn avtomatik sığdırılır.

Məxfilik

Məlumatlarınız yalnız dizayn üçün istifadə olunur.

Vizitkart ölçüləri və çap qiymətləri

Standart ölçülər

Ölçüİstifadə
90×50 mmƏn geniş yayılmış (Azərbaycan, Avropa)
85×55 mmBank kartı ölçüsü (ISO 7810)
85×50 mmKompakt, ensiz
88.9×50.8 mmABŞ (3.5×2 düym)

Hər tərəfdə 3 mm bleed əlavə olunur: fayl 96×56 mm (90×50 üçün), kəsim xətti PDF-in TrimBox-ındadır.

Bizdə çap (350 q mat kağız)

SayQiymət
100 ədəd15.00 ₼
200 ədəd22.00 ₼
500 ədəd40.00 ₼
1000 ədəd70.00 ₼

Qiymətlər təxminidir. Laminasiya və xüsusi kağız əlavə ola bilər, əməkdaş sifarişi təsdiqləyərkən dəqiqləşdirir.

Yaxşı vizitkartın əsasları

Vizitkartda yalnız vacib məlumat olmalıdır: ad, vəzifə, telefon, e-poçt, sayt. Mətn 7 punktdan (təxminən 2.5 mm) kiçik olmamalıdır, loqo kəskin və yüksək keyfiyyətli olmalıdır. Açıq fonda tünd mətn oxunaqlıdır, rəngli fonda isə kontrastı yoxlayın. Hər bir sətir kəsim xəttindən ən azı 3–4 mm içəridə qalmalıdır. Qurucumuz bu qaydalara əsasən mətni avtomatik sığdırır və kənar boşluqları qoruyur.

Tez-tez verilən suallar

Vizitkart dizaynı nə qədərdir?

Dizayn etmək və önizləmə pulsuzdur. Çap üçün hazır PDF (3 mm bleed ilə) və PNG fayllarını yükləmək 5.00 ₼-dır.

Standart vizitkart ölçüsü nədir?

Azərbaycanda və Avropada ən çox 90×50 mm (və ya 85×55 mm) istifadə olunur. ABŞ standartı 3.5×2 düym (88.9×50.8 mm). Hamısı qurucuda var.

Fayl çap üçün hazırdırmı?

Bəli. PDF 300 dpi keyfiyyətdə, hər tərəfdə 3 mm bleed (kəsim payı) ilə hazırlanır, TrimBox ilə kəsim ölçüsü göstərilir. İstənilən mətbəədə çap oluna bilər.

Dizaynı bizdə çap etdirə bilərəmmi?

Bəli. Dizayn səhifəsində «Çap sifarişi» bölməsindən say və kağızı seçin. Dizayn faylı sifarişə avtomatik qoşulur, ayrıca ödəniş tələb olunmur.

Ödənişdən sonra düzəliş edə bilərəmmi?

Ödənilmiş dizayn dəyişdirilmir. Eyni məlumatla yeni dizayn yarada və lazımi düzəlişi edə bilərsiniz.

Öz loqomu əlavə edə bilərəmmi?

Bəli: PNG (şəffaf fonlu daha yaxşıdır), JPG və ya WEBP yükləyin. Loqo avtomatik yerləşdirilir.